"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXXI turunun "Qəbələ" ilə (1:1) matçından sonra komandanın yarımmüdafiəçisi Marko Yankoviç cəzalandırılması və klubun cərimələnməsi ilə bağlı danışıb.
Sportnet.az xəbər verir ki, 54 yaşlı mütəxəssis AFFA-nın İntizam Komitəsinin qərarı ilə bağlı bunları söylədi:
"Deyəcək sözüm yoxdur. Qərar verilib. Aqressivlik olubsa, hansısa epizoda görə özümüzü düz çıxara bilmərik. Fakt odur ki, hakimə aqressiv şəkildə təzyiq göstəriblər. Federasiyanın qərarıdır, biz də razılaşmalıyıq".
Qeyd edək ki, "Qarabağ" futbolçuları və texniki heyət üzvləri "Sabah"la keçirilən Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu zamanı matçın sonlarında əllə oyun etirazı ilə hakimə sərt təzyiq göstərmişdi. Bu səbəbdən AFFA-nın İntizam Komitəsi Ağdam təmsilçisini ümumilikdə 71 500, yarımmüdafiəçisi Marko Yankoviçi isə 25 500 manat məbləğində cərimələyib.


















































































