Topaz Premyer Liqasına oyunları idarə etmək üçün daha iki hakim təyin olunacaq. Sportnet.az-a müsahibəsində bu barədə Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov deyib.
Komitə rəhbəri yeni hakimlərin birinin adını açıqlasa da, digər hakimi kimliyini gizli saxlayıb: "UEFA tələb edir ki, ölkə çempionatlarında neçə hakim varsa, onlardan 2 və 4 nəfər çox hakim oyunları idarə etsin. Yəni Premyer Liqamızda 10 klub varsa, oyunları 12 və ya 14 hakim idarə etməlidir. Hazırda Premyer Liqanı idarə edən 11 hakimimiz var. Bu isə təlabatı ödəmir. Yaxın vaxtlarda daha 2 hakim Premyer Liqanın oyunlarına təyinat alacaq. Bunlarından biri İnqilab Məmmədovdur. Digər hakim isə yaxın günlərdə bəlli olacaq".