Eyni zamanda, millidə 31 may 2013-cü ildə debüt etmiş Cakomo Bonaventura uzun fasilədən sonra "Skuadra Adzurra"ya dəvət alıb. Ümumilikdə Konte 26 oyunçu çağırıb. Onlar sabah Florensiya yaxınlığındakı Koverçiano Federal Texniki Mərkəzində bir araya gələcəklər. Bazar ertəsi ilk məşq və Kontenin mətbuat konfransı planlaşdırılıb. Oktyabrın 9-da milli üzvləri Palermoya yollanaraq, yığmamızla oyunun keçiriləcəyi "Rentso Barbera" stadionunda hazırlıqlarını davam etdirəcəklər. Komandamızla görüşün ertəsi isə rəqib növbəti matç üçün Maltaya yollanacaq.
Qapıçılar: Canluici Buffon ("Yuventus"), Perin ("Cenoa"), Siriqu (PSJ, Fransa);
Müdafiəçilər: Bonuççi ("Yuventus"), Kyellini ("Yuventus"), Oqbonna ("Yuventus"), Ranokkia ("İnter"), Daniele Ruqani ("Empoli");
Yarımmüdafiəçilər: Aquilani ("Fiorentina"), Cakomo Bonaventura ("Milan"), Kandreva ("Latsio"), Darmian ("Torino"), De Sciglio ("Milan"), Florentsi ("Roma"), Markizio ("Yuventus"), Parolo ("Latsio"), Paskual ("Fiorentina"), Poli ("Milan"), Tiaqo Motta (PSJ, Fransa), Verratti (PSJ);
Hücumçular: Destro (Roma), Covinko ("Yuventus"), İmmobile ("Borussiya D, Almaniya), Osvaldo ("İnter"), Qratsiano Pelle ("Sautgempton", İngiltərə), Zaza ("Sassuolo").
Qeyd edək ki, İtaliya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.