"Real Madrid"in icarə əsasında "Lion"da çıxış edən braziliyalı futbolçusu Endrik klubuna geri dönür.
Sportnet.az xəbər verir ki, braziliyalı forvard gələn həftə yenidən "kral klubu"nun bazasına qayıdaraq məşqlərə başlayacaq.
Madrid təmsilçisi onun gələcək planlarının əsas parçası kimi görür.
Qeyd edək ki, yanvardan çıxış etdiyi Liqa 1 təmsilçisi ilə meydana çıxdığı 20 görüşdə 8 qol və 8 məhsuldar ötürməyə imza atıb.


















































































