Azərbaycan Premyer Liqasının XXXI turunda "İmişli" evdə "Zirə" ilə 0:0 hesablı heç-heçə edib.
Sportnet.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyunu şərh etməzdən əvvəl “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovdan üzr istəmək istəyirəm. Oyundan sonra emosiyalarıma qapıldığım üçün əvvəlcə oyunçularıma yaxınlaşıb onları təbrik etdim və Rəşad Sadıqovla görüşə bilmədim. Oyuna gəlincə, meydanda yaxşı və rəqabətli mübarizə getdi. Hər iki komanda qol vurmağa çalışırdı. Birinci hissədə “İmişli” olaraq “Zirə”yə qarşı çox yaxşı çıxış etdik və rəqibdən daha çox qol epizodu yaratdıq. “Zirə”nin də iki real qol imkanı oldu, lakin onlar bu şanslardan yararlana bilmədilər. Biz də öz fürsətlərimizi dəyərləndirə bilmədik. Buna görə də ilk hissə 0:0 hesabı ilə başa çatdı.
- Ev oyunlarınızı başqa stadionda keçirsəydiniz, "İmişli" daha yuxarı pillələrdə ola bilərdi?
- Bilmirəm. Bizim meydançamız buradır, burada oynamalıyıq. Əlimizdən gələni etdik.
- Mətbuatda yayılan xəbərlərə görə, klub rəhbərliyi növbəti mövsüm üçün ispaniyalı baş məşqçi ilə anlaşıb. Bununla bağlı nə deyə bilərsiniz?
- Bu barədə nə isə deyə bilmərəm.












































































