1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Konte Azərbaycanı Maltaya oxşatdı
AÇ-2016-nın seçmə qrup mərhələsi çərçivəsində bu gün keçiriləcək İtaliya - Azərbaycan oyunu barədə danışan Antonio Konte komandasının meydana maksimum nəticə üçün çıxacağını bildirib. Sportnet.az-ın məlumatına görə, italyanların baş məşqçisi veteran yarımmüdafiəçi Andrea Pirlonu milliyə qaytarmasından da danışıb.
Pirlonu özü üçün ən vacib futbolçu hesab edən Konte Azərbaycanın asan rəqib olmadığını deyib: "Proqnoz verməyi xoşlamıram. Qrupda birinci yeri vaxtından əvvəl təmin etmək üçün bu gün mütləq qalib gəlməliyik. Çalışacağıq ki, düzgün olanı edək. Mənim seçimimim oyunun üslubundan asılı olacaq. Azərbaycanla Malta millilərinin oyun üslubunda hardasa oxşarlıq var. Ümumiyyətlə, rəqibi qiymətləndirməmək olmaz. Asan oyun olmur, bu dəqiqə hər yerdə futbol inkişaf edir.Qrupdan çıxmağa ən iddialı komandalardan sayılan Bolqarıstanla oyununu izləmişəm. Hansi ki, bolqarlar son anda qalib gəldilər. Futbolçular nəyi necə etməli olduqlarını başa düşürlər.
Qeyd edək ki, bu gecə 23:45-də start götürəcək oyunda Andrea Pirlo meydana çıxsa, iki maraqli tarix qeydə alınacaq: veteran futbolçu İtaliya millisində 12 il əvvəl məhz Azərbaycana qarşı Bakıdakı oyunda (0:2) debüt edib. O, bu axşam millinin formasını 112 dəfə geyinmiş əfsanəvi italyan qapıçı Dino Zoffun da rekordunu qıra bilər.