İngiltərə Premyer Liqası təmsilçisi "Liverpul" heyətinə daha bir müdafiəçi qatmağı planlaşdırır.
Sportnet.az-ın "TeamTalk" nəşrinə istinadən məlumatına görə, "qırmızılar" "Bornmut"un müdafiəçisi Markus Senesi ilə yaxından maraqlanır.
"Tottenhem"in də yaxından maraqlandığı futbolçunun klubla müqaviləsi cari mövsümün sonunda başa çatır.
Argentina millisinin üzvü ilə bir neçə İtaliya klubu maraqlansa da, o, ingiltərədə qalmaq istəyir.
Qeyd edək ki, Markus Senesi 2022-ci ildən "Bornmut"un şərəfini qoruyur.















































































