Afrika Millətlər Kubokunun seçmə qrup mərhələsində Kamerun yığması ilə oyunlar zamanı Sierra Leone milli komandası "Ebola" xəstəliyi təhlükəsi ilə əlaqədar təhqiramiz münasibətlə üzləşib. Sportnet.az-ın məlumatına görə, ilk oyun öncəsi rəqib komanda aralarında "Neftçi"nin futbolçusu Culius Vobayın da olduğu sierra-leoneli futbolçuların əllərini sıxmayıb.
Sierra Leone millisi Yaunde hava limanında və matçın keçiriləcəyi stadionda olarkən tibbi müayinədən keçirilib. Matçdan sonra isə iki komanda üzvləri arasında formalar dəyişdirilməyib. Analoji münasibət oktyabrın 15-də keçiriləcək təkrar qarşılaşma öncəsi də davam edib. Vobay və komanda yoldaşları utandırıcı səviyyədə tibbi müayinədək keçiriliblər.
Futbolçuların Kamerun əhalisinə qarışmaması üçün Yaunde polisi böyük səy göstərir. Qonaq komanda şəhər mərkəzində yeni tikilən və əlavə heç kimin qalmadığı oteldə yerləşdirilib. Tibbi heyət isə onların yanından heç yana ayrılmır.
Bu münasibət Sierra Leone yığması üzvlərinin kəskin etirazlarına səbəb olub. Qapıçı Con Tray deyib: "Aşağılandığımızı hiss edirik. Bizə qarşı belə münasibət göstərənləri yumruqlamaq istəyirik. Heç kim ölkəsində Ebolanın olmasını istəməz. Sierra Leoneyə böyük təzyiq göstərilir. Bu, heç də ədalətli münasibət deyil".
Qeyd edək ki, Afrikaya may ayından yayılan Ebola dalğasının ən pis vurduğu ölkələrdən biri Sierra Leonedir. Ölüm saçan xəstəliklə əlaqədar ölkə yığması rəqiblərini evində qəbul etməkdən məhrum edilib.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |