
Əfsanəvi boksçu Mayk Tayson uşaq vaxtı zorakılığın qurbanı olub. Sportnet.az-ın məlumatına görə, bu barədə Taysonun özü "Opie Radio"ya açıqlama verib. 
O bildirib ki, 7 yaşında ikən küçədə bir kişi onu tutaraq, təhqir və seksual hərəkətlər edib. Boksçu belə halın yalnız bir dəfə baş verdiyini söyləyib: "Mən qoca təcavüzkardan qaçdım və onu bir daha görmədim. Hətta polisə də məlumat vermədim. Mən bu hadisəni həm xatırlayır, həm də yada salmaq istəmirəm. Amma rüsvayçılıq və ya utanc hissi keçirmirəm". 
Qeyd edək ki, Mayk Taysonun özü zorlama ittihamı ilə bir müddət həbsdə olub.
	
	
	
	
	









                 





    
    
    
    
    
    
    
    
    






















































