
Topaz Premyer Liqasının son turunda doğma arenada "Qəbələ"yə məğlub olan "Araz-Naxçıvan"dan istefa xəbəri gəlib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, oyundan sonra Orxan Cabbarov icraçı direktor vəzifəsi ilə vidalaşıb. 
Onun ərizəsinə baxan klub rəhbərliyi istefanı qəbul edib. 
Qeyd edək ki, ötən həftə "Araz Naxçıvan" 5 futbolçusu ilə vidalaşıb. 









                 





    
    
    
    
    
    
    
    
    























































