1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin futbolçusunu təhqir edən azarkeş üzr istədi
Noyabrın 12-də "Kapital Bank Arena"da "Sumqayıt" və "Qəbələ" klubları arasında keçirilmiş yoxlama matçında qonaq komandanın futbolçusu Ekiqo Ehiosunun ünvanına xoşagəlməz ifadə səsləndirən azarkeş tapılıb. Sportnet.az-ın məlumatına görə, yerli klubunun rəhbərliyi həmin fanatın 13 yaşlı Tural Rzayev olduğunu müəyyənləşdirib.
Rzayev səsləndirdiyi şüarın Ehiosun tərəfindən səhv başa düşüldüyünü söyləyib. Azyaşlı azarkeş anlaşılmazlığa görə adıçəkilən futbolçuya üzürxahlıq məktubu ünvanlayaraq ondan üzr istəyib: "Əziz Ekiqo. Mən uşaqlıqdan futbol azarkeşi olmuşam. Hər zaman komandama dəstək olmuşam. Sənin komandanın oyununu stadiondan izləmişəm. Dediyim söz düzgün başa düşülməyib. Bu söz xətrinə dəyibsə, səndən üzr istəyirəm. Ailəmdən aldığım tərbiyə mənə nəinki irqçiliyə, heç təhqirə də yol vermir. Müraciətimi qəbul edirsənsə növbəti "Sumqayıt" - "Qəbələ" oyununda səninlə şəkil çəkdirmək istəyimi qəbul edəsən".