
Topaz Premyer Liqasında XIV turun "Simurq" - "Qarabağ" matçını izləyən Robert Prosineçki Zaqatalaya ezam olunmuş idman jurnalistlərinə müsahibə verib. Brifinqdə Sportnet.az-ın əməkdaşı da iştirak edib...
- Son 4 gün ərzində "Qarabağ"ın çıxışını ikinci dəfədir izləyirdiniz. Bu oyunlarda hansı futbolçuları bəyəndiniz?
- Mən fərdi adlar çəkmək istəməzdim. Doğrudan da bütün komanda yaxşı oynadı. Çox şadam ki, oyunu canlı izlədim.
- Bu oyunlara əsasən demək olarmı ki, Vüqar Nadirov milliyə qayıdacaq?
- Vüqar, sözsüz ki, maraqlı oyunçudur. "Simurq"la qarşılaşmada 20-25 dəqiqə meydanda oldu və öz sözünü dedi. İkinci dövrənin, yəni ayı axırına kimi burada qalacağam. Bütün oyunları izləyəcəyəm.
- Çempionatda dörd oyun izlədiniz. Təxmini də olsa, bizim çempionat haqqında fikir formalaşdıra bildiniz?
- Çempionatın səviyyəsindən müsbət danışa bilərəm: dünənki 2 matçı, daha öncə də "Xəzər Lənkəran” – "Neftçi” oyununu canlı izlədim və bu gün də burada... Üstəlik, Fransada "Qarabağ”ın "Sent-Etyen"lə qarşılaşması... İndiyədək gördüklərimdən razıyam.
- Berti Foqts yığmamızda baş məqçi olduğu müddətdə mətbuatla əlaqələri çox da yaxşı deyildi və buna görə tənqid olunurdu. Prosineçki müqavilə imzalanana qədər mətbuatla ünsiyyətini saxlayır, yoxsa müqavilə imzalanandan sonra da mətbuatla əlaqələr davam edəcək?
- Yox, mən bütün müddət mətbuatla yaxşı münasibətdə olacağam.