
"Neftçi"nin hücumçusu Ernest Nforun Sportnet.az-a müsahibəsi
- Oyun haqqında nə deyə bilərsiniz?
- Yaxşı oyun oldu. Çempionatın iki lideri qarşılaşırdı. Ona görə də sona qədər mübarizə getdi.
- "Yaxşı oyun oldu” deyirsiniz, amma maraqsız futbolun şahidi olduq...
- Bu, sizə görə elədir. Amma deyə bilərəm ki, futbolçular üçün çox maraqlı oyun oldu. Hər iki komanda qol buraxmaqdan ehtiyat edirdi. Kimsə qol buraxsaydı, uduzacaqdı. Ona görə mübarizəli oyun getdi.
- Bir epizodda rəqib müdafiəçi Bədavi Hüseynovla mübarizədən sonra çox aqressiv idiniz. Bunun səbəbi nə idi?
- Onlar məni bir neçə dəfə vurdular, görmədiniz? Saymadınız? Belə şeylər olur.
- Hücumda təkbaşına mübarizə apardınız. Nikolas Kanales və Ruslan Qurbanov sizə kömək edə bilmirdi. Bu nə ilə bağlı idi?
- Bu, futboldur. Heç vaxt bilmirsən ki, nə vaxt, hansı futbolçunu yaxşı başa düşəcəksən. Bəzi anlaşılmazlıqlar oldu. Ona görə də şanslarımızdan yararlana bilmədik.
- "İnter” 3 xal qazanaraq, turnir cədvəlində "Neftçi”ni qabaqladı. Bu haqda nə deyərdiniz?
- "İnter”in bizi keçməsi problem deyil. Əsas məqsədimiz "Qarabağ”a uduzmamaq idi. Buna da nail olduq. Qarşıda çox oyunlarımız var. Çalışacağıq ki, qalib gələk.
Məcid HƏSƏNLİ