
"Sərhədçi" İdman Olimpiya Mərkəzində güləş üzrə Azərbaycan çempionatı davam edir. Sportnet.az-ın məlumatına görə, ikinci yarış günündə sərbəst və yunan-Roma güləşi üzrə 3 çəki dərəcəsində finalçılar müəyyənləşib. 
Onların arasında dünya və 3 qat Avropa çempionu, eləcə də 2 qat olimpiya bürünc mükafatçısı Xetaq Qazyumovla Avropa və dünya çempionu Həsən Əliyev də var. 
İkinci yarış gününün finalçıları: 
Sərbəst güləş
86 kq. Aleksandr Qostiyev - Məhəmmədhacı Xatiyev
97 kq. Nurməhəmməd Hacıyev - Xetaq Qazyumov
125 kq. Səid Həmidov - Cəmaləddin Məhəmmədov
Yunan-Roma güləşi
59 kq. Elman Muxtarov - Murad Məmmədov
66 kq. Həsən Əliyev - Ruhin Mikayılov 
71 kq. Rüstəm Əliyev - Ceyhun Əliyev.
	
Qeyd edək ki, final görüşləri saat 17:00-da başlanacaq.
	
	
Qeyd edək ki, final görüşləri saat 17:00-da başlanacaq.









                 





    
    
    
    
    
    
    
    
    























































