1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bakı-2015"ə hazırlıq başladı
Azərbaycanın sərbəst və yunan-Roma güləşi üzrə yığma komandaları Bakı-2015 I Avropa Oyunlarının hazırlıq prosesinə başlayıb. Güləş Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, sərbəst güləş yığmasının üzvləri baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov, məşqçi David Kurtsiya və gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzovun rəhbərliyi altında yanvarın 7-də Rusiyanın Kislovodsk şəhərinə yollanacaq.
Yanvarın 24-dək davam edəcək təlim-məşq toplanışına əsas millinin 21, gənclərdən ibarət yığmanın 9 güləşçisi qatılacaq.
Yunan-Roma güləşi üzrə yığmanın üzvləri isə baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Akif Əliyev və Eyyub Azmudənin rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışında olacaq. Yanvarın 5-dən başlayan təlim-məşq toplanışı 3 həftə davam edəcək. Toplanışa böyüklərdən ibarət yığmadan 16, gənclərdən ibarət yığmadan isə 7 güləşçi cəlb edilib.
Təlimlərin ardından güləş yığmalarımız Fransanın paytaxtı Parisdə keçiriləcək Qran Pridə ilin ilk sınağına çıxacaq.