
AFFA-nın baş katibi Elxan Məmmədov "Bakı" klubunun təlim-məşq bazasına gələn suyu açdırıb. Sportnet.az-ın əldə etdiyi məlumata görə, federasiya rəsmisi bu prosesdə şəxsən iştirak edib.
O, ötən gün bazada olduğu vaxt əvvəlcə klubun futbolçuları ilə görüşüb. Maddi problemlərdən əziyyət çəkən komandanı ruhlandırdıqdan sonra Məmmədov suyun kəsildiyi yerə gedib. Baş katib yaxınlıqdakı Azərbaycan Qolf Federasiyasının əməkdaşlarından bağladıqları suyu açmağı xahiş edib. Nəticədə su açılıb. Bundan sonra su bazanın ehtiyat çənlərinə doldurulub.
Qeyd edək ki, "Bakı" klubu "Qəbələ" ilə ev oyunu zamanı stadiona suyu maşınlarla daşıyıb.








































































