1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Erməni boksçu Bakıya gəlməkdən qorxdu
Rusiya milli komandasının erməni əsilli boksçusu David Ayrapetyan Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirakdan boyun qaçırıb. Sportnet.az-ın məlumatına görə, bu barədə "R-Sport"a 31 yaşlı idmançının şəxsi məşqçisi Valeri Entaltsev açıqlama verib.
Entaltsev bu qərara idmandankənar səbəblər göstərib: "2011-ci ildə Bakıda təşkil olunmuş dünya çempionatı vaxtı David Ayrapetyan və Mişa Aloyan ətrafında nələrin baş verdiyini hamı gördü. Onlar yerli azarkeşlərin uğultuları altında döyüşdülər və zalı gücləndirilmiş mühafizə ilə tərk etdilər, Bu səbəbdən, Avropa Oyunlarını buraxmağı qərara aldıq. Hərçənd, David məhz Bakıda doğulub".
Amma əslində Ayrapetyanın lazımi formada olmaması məşqçisini bu addıma vadar edib. 49 kq çəki dərəcəsində çıxış edən boksçu APB (AİBA Pro Boxing) turnirində keçirdiyi 4 görüşün 3-də uduzub. Səhhəti ilə əlaqədar Ayrapetyan bir döyüşdən imtina edib. Sonuncu qarşılaşmada isə o, ilk raudda üzləşdiyi qanaxma üzündən uduzub. APB-də ikinci mövsümə gələn ay start veriləcək. Bu yarış 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
Qeyd edək ki, David Ayrapetyan 2012-ci il London Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. O, eyni zamanda ikiqat Avropa çempionu və dünya çempionatlarının gümüş və `bürünc mükafatçısıdır.