1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Viktor Mendi: "Hakim belə qərar verdi"
"Qəbələ"nin futbolçusu Viktor Mendi Topaz Premyer Liqasında XXII turun "Neftçi" ilə oyunu haqda fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, seneqallı hücumçu matçın çətin keçdiyini açıqlayıb.
Onun fikrincə, komandası heç də pis oynamayıb: "İkinci qolu vursaydıq, hər şey başqa cür olacaqdı. Bu dəfə qələbə qazanmaq mümkün olmadı. İnanıram ki, qarşıdakı oyunlarda uğurlu çıxış edib, 3 xal qazana biləcəyik".
Mendi "Neftçi"nin qapıçısı Aqil Məmmədovla təkbətək zamanı özünü yerə atdığı epizoddan da danışıb: "O qolu vursaydım, daha yaxşı olardı. Ancaq referi belə penalti vermədi və mənə sarı vərəqə göstərdi. Bu, onun qərarı idi".
Qeyd edək ki, "Qəbələ" "Neftçi" ilə matçın ilk yarısında 1:0 hesabı ilə öndə olsa da, ikinci hissədə 3 top buraxaraq uduzub.