1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi" və "Qarabağ" arasında baş hakim davası
Azərbaycan Premyer Liqasının XXIII turunda keçiriləcək "Neftçi" - "Qarabağ" oyununa baş hakim qismində Əliyar Ağayevin təyinat alması birmənalı qarşılanmayıb. Sportnet.az-ın məlumatına görə, paytaxt təmsilçisi Ağayevin 2 tur öncə "Simurq"la qarşılaşmada idarəçiliyindən narazı qaldığını önə çəkərək, yenidən eyni referiyə etimad göstərilməsini düzgün saymayıb.
"Qarabağ"ın cavabı isə özünü çox gözlətməyib. Qonaq komanda rəsmi saytı vasitəsilə "Neftçi"yə müraciət edərək, Ağayevin istənilən hakimlə dəyişdirilməsini təklif edib. Klub eyni zamanda AFFA-ya eyni təkliflə müraciət edib.
Amma AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov "futbolxeber.az"a açıqlamasında baş hakimi dəyişmək üçün səbəb görmədiklərini bildirib. O, referi əvəzləməsinin heç bir halda mümkün olmadığını və bu məsələnin müzakirə olunmadığını vurğulayıb.
Qeyd edək ki, fevralın 19-da "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qarabağ" matçı saat 19:00-da başlanacaq.