Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun oyunları keçiriləcək. Sportnet.az-ın məlumatına görə, turun ilk 3 qarşılaşması arasında daha çox "Xəzər Lənkəran" - "Neftçi" matçı diqqət mərkəzində olacaq.
Son illərin ən prinsipial rəqibləri bu mövsüm çempionluqdan demək olar ki, əllərini üzüblər. Hazırda "Neftçi" 45 xalla 3-cü, "Xəzər Lənkəran" 26 xalla 7-ci pillədə qərarlaşıb. Flaqman qələbə qazanacağı halda, 2-ci pilləyə yüksələcək. Cənubluları isə 3 xal da irəli aparmayacaq.
Son 2 turda qələbəyə həsrət qalmış "Qarabağ" eyni sayda məğlubiyyətə düçar olan AZAL-ı qəbul edəcək. Autsayderlərin duelində isə "Sumqayıt" "Bakı"nı sınağa çəkəcək.
Nəhayət, günün son matçında 4-cü pillənin taleyi böyük ölçüdə həllini tapacaq. "Qəbələ" bu mövsüm ardıcıl 4 oyunda qalib gələ bilmədiyi "Simurq"u qəbul edəcək. Zaqatala təmsilçisi ötən ay Roman Qriqorçukun komandasını Azərbaycan Kubokundan kənarlaşdırıb. Bu gün də qələbə qazanacaqları halda, qonaqlar Avropa Liqasına vəsiqə verən 4-cü pilləyə yüksələcəklər.
9 aprel (cümə axşamı)
17:00. "Xəzər Lənkəran” – "Neftçi” - 2:2
Qollar: Rahid Əmirquliyev, 63. Adrian Skarlatake, 74 - Julius Vobay, 14. Erik Ramos, 25 Qırmızı vərəqə: Alfred Sankoh, 33
Hakimlər: Ramil Diniyev, Cavanşir Yusifov, Coşqun Həsənov, Nail Nağıyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Rövşən Əhmədov
Sumqayıt, "Kapital Bank Arena”
19:00. "Qəbələ” – "Simurq” - 1:0
Qol: Ruslan Abışov, 61
"Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 9. Viktor Mendi, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov (k), 18. Ruslan Fomin, 19. Aleksey Qay, 20. Rikardinyo, 27. Bəxtiyar Soltanov, 34. Ürfan Abbasov, 44. Rafael Santos
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 6. Rəşad Sadiqov, 16. Ruslan Tağızadə, 25. Adrian Ropotan, 32. Mixail Sivakov, 90. Ekiqo Ehiosun
Baş məşqçi: Roman Qriqorçuk
"Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 3. Adam Banaş, 4. Xuan Alberto, 6. Samir Zərgərov, 10. Rəşad Eyubov, 11. Draqan Çeran, 14. Vüqar Mustafayev, 18. Tural Axundov, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç