
"Xəzər Lənkəran" və "Neftçi" arasında keçirilən Azərbaycan Premyer Liqasının XXIX tur matçında insident baş verib. Sportnet.az-ın məlumatına görə, 35-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Rasim Ramaldanovla qonaq komandanın kapitanı Flavinyo arasında münaqişə yaşanıb.
Hakimin müdaxiləsindən sonra konfliktin böyüməsinə imkan verilməyib. Baş hakim Əliyar Ağayev isə Flavinyoya sarı vərəqə göstərib.