1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Zaqatalanı 6 ballıq zəlzələ yıxa bilmədi, haqsızlıq yıxdı" - MÜSAHİBƏ
"Simurq”un icraçı direktoru Vaqif Əliyevin Sportnet.az-a müsahibəsi
- Məlum olduğu kimi, dünən klubdaxili iclas keçirilib. Gündəmdə hansı məsələ dayanırdı?
- Futbolçuları bir araya gətirərək, bildirdik ki, hər birinə azad agent statusu verməyə hazırıq. Buna səbəb götürdüyümüz öhdəliyi yerinə yetirməməyimizdir.
- Konkretləşdirsək, söhbət ödənilməyən maaşlardan gedir?
- Bəli, futbolçulara 2 aylıq maaşlarını borcluyuq. Bu səbəbdən də rəhbərlik belə bir qərar verdi.
- Gedib-getməyənlər artıq məlumdur?
- Heç bir futbolçumuz getmir. Onların hər biri mövsümün sonunacan meydana çıxıb oynayacağını bildirdi.
- Klub prezidenti Anar Bəkirov futbolçulara olan borcların yaxın vaxtlarda ödəniləcəyini dedikdən sonra bu cür iclasın keçirilməsi bir qədər təəccüb doğurur...
- Futbolçulara olan borclar qəpiyinə kimi ödəniləcək. Sadəcə, hələ ki, büdcəmizə vəsait daxil olmayıb, ona görə də bu cür iclasa ehtiyac duyduq.
- Ancaq belə təəssürat yaranır ki, Bəkirova verilən vədə əməl olunmayıb və bundan sonra iclas keçirməyi qərara alıb...
- Futbolçuların borcları ödəniləcək. Sadəcə, hazırda büdcəmizdə vəsait yoxdu və bu üzdən də sözügedən iclasa ehtiyac yarandı.
- Klubun maddi sıxıntılarına "Beynəlxalq Bank”dakı məlum dəyişikliklər səbəb oldu, yoxsa ölkə Kubokunda "Qəbələ” ilə görüşdən sonra avrokuboklardan kənar qalması?
- Zaqatalanı 6 ballıq zəlzələ yıxa bilmədi, haqsızlıq yıxdı. Özünüz də gördünüz ki, nələr baş verdi. Biz cari mövsümdə Azərbaycanı avrokuboklarda təmsil etməli idik.
- Ola bilərmi ki, Zaqatala da futbolsuz qalsın?
- Bölgəni təmsil edən yeganə klub "Simurq”dur. Yaxşı infrastruktura sahibik. Milli komandanın müxtəlif yaş qruplarına oyunçular veririk. Bu, mümkün deyil ki, "Simurq” dağılsın. İnanıram ki, yaxın zamanlarda maliyyə dururumuz qaydasına düşəcək və problemlər arxada qalacaq.
Ceyhun ƏLİYEV