Maliyyə
problemləri ilə üzləşən Zaqatalanın "Simurq" klubu daha 4
futbolçu ilə yollarını ayırıb. Sportnet.az-ın məlumatına görə, bu barədə "Report"a klubun icraçı
direktoru Vaqif Əliyev məlumat verib.
Onun sözlərinə görə, gedənlərdən 2-si keniyalı Patrik Osiako
ilə xorvatiyalı Stepan Polyakdır. V.Əliyev legionerlərlə yanaşı,
milliləşdirilmiş müdafiəçi Əli Gökdəmir və hücumçu Cihan Özkaranın da
Zaqatala təmsilçisinin heyətində forma geyinməyəcəyini bildirib. Qarşıdakı
günlərdə daha bir neçə futbolçunun komandadan gedəcəyi istisna deyil.
Qeyd edək ki, daha öncə Benjamin Lambot "Simurq"la yollarını ayırıb.