"Bakı 2015" I Avropa Oyunları ilə bağlı bu gün Şəmkirdə keçirilməsi planlaşdırılan Alov Festivalı baş tutmayacaq. Bu barədə Sportnet.az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.
Onun sözlərinə görə, tədbir Binəqədi rayonunda baş vermiş faciə ilə əlaqədar ləğv olunub. Məşəl, sadəcə, proqram üzrə rayondan keçəcək.