"Karvan-Yevlax"ın futbolçusu Rauf Rüstəmlinin səfərdə "İmişli" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXXIII tur matçından sonra Sportnet.az-a müsahibəsi...
— Oyun haqqında düşüncələriniz necədir?
— Son oyun idi, belə matçlara motivasiya olunmaq bir az çətin olur. Hər kəs artıq ev ab-havasında olurdu. Buna baxmayaraq, oyuna yaxşı köklənmişdik. Tez qol da vurduq. Amma buna baxmayaraq, son saniyələrdə qol buraxaraq 3 xaldan məhrum olduq.
— Mövsümü necə dəyərləndirərdiniz?
— Qarşımıza liqada qalmaq məqsədi qoyulmuşdu. Bunun öhdəsindən gələ bilmədiksə, uğursuz saymaq olar. Amma əlimizdən gələni etdik ki, liqada qalaq.
— Bu mövsümkü performansınızdan razısınız?
— Öz performansımı özümün qiymətləndirməyi yaxşı çıxmaz. Məşqçilər heyəti buna qərar versə, daha yaxşı olar. Mövsümü "Sumqayıt"da başlamışam, qışdan sonra isə "Karvan-Yevlax"a gəlmişəm. Komandada özümü yaxşı tərəfdən göstərmək üçün əlimdən gələni etdim.
Haşım MƏMMƏDOV


















































































