
Avropa Voleybol Federasiyasının rəsmi saytı Azərbaycan və Slovakiya yığmaları arasında keçirilmiş Avropa çempionatının 3-cü təsnifat mərhələsinin ilk görüşü barədə yazı hazırlayıb. Sportnet.az-ın məlumatına görə, yazıda görüşün bir dəqiqəlik sükutla bağladığı qeyd olunub.
O da bildirilib ki, 16 mərtəbəli yaşayış binasında bir neçə gün öncə baş vermiş yanğında aralarında uşaqlar da olmaqla, 15 nəfər ölüb, 60 insan yaralanıb. Bu münasibətlə sükut elan edilib və Azərbaycan millisi oyuna qara sarğıda çıxıb.
Oyuna gəldikdə, millimizin lideri Polina Rəhimovanın yüksək keyfiyyətli çıxışı sayəsində meydan sahiblərinin 3:0 (25:22, 25:18, 25:23) hesablı qələbə qazandıqları, Rəhimovanın isə 23 xal topladığı vurğulanıb.
Qeyd edək ki, cavab görüşü mayın 30-da Slovakiyanın Levitse şəhərində təşkil olunacaq. Həmin matçda millimizin Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etməsi üçün 2 setdə qələbə qazanması kifayətdir.