
Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb.
Sportnet.az xəbər verir ki, Elnurə Məmmədova (53 kq) finalda Dünya Güləş Birliyinin bayrağı altında çıxış edən rusiyalı Yekaterina Karpuşkinayı məğlub edib - 3:0.
Gültəkin Şirinova (57 kq) təsəlliverici görüşdə türkiyəli Əminə Çakmaka 7:5 hesabıyla qalib gəlsə də, bürünc medal uğrunda qarşılaşmada rumıniyalı Georgiana Lirkayla bacarmayıb – 2:9.
Ruzanna Məmmədova (65 kq) bürünc medal görüşündə ukraynalı Oleksandra Rıbaka 2:8 hesabı ilə məğlub olub.
Qeyd edək ki, daha əvvəl qadın güləşçilərin mübarizəsində Günay Qurbanova (59 kq) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.