
Rusiyalı fiqurlu konkisürən Veronika Jilina gələn mövsümdən Azərbaycan yığmasında çıxış edəcək.
Sportnet.az-ın xəbərinə görə, bu barədə TASS-a etibarlı mənbədən məlumat verilib.
17 yaşlı Jilina Rusiyanın titullu idmançısı Yevgeni Plyuşenkonun yetirməsidir. Ötən mövsüm o, zədə ilə əlaqədar yarışları buraxmalı olub. Gənc fiqurlu konkisürən 2023-cü ildə gənclər arasında Rusiya çempionatının və Qran Pri finalının qalibi olub.