
4 qat olimpiya və 14 qat dünya çempionu olan norveçli xizəkçi Tereza Yohauq 2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarını buraxacaq.
Sportnet.az xəbər verir ki, bu barədə 37 yaşlı idmançı sosial şəbəkə hesabında məlumat yayıb.
"Olimpiadaya qatılmamağı qərara gəldim. Bu mövsüm qayıdışım mənim üçün heyrətamiz macəra oldu. Xizək sürməyi hələ də sevirəm. Lakin ailəmlə daha çox vaxt keçirmək mənim üçün vacibdir.
Komandamızı kənardan dəstəkləməyi səbirsizliklə gözləyəcəyəm. Geri qayıtdığım müddətdə mənə dəstək olan hər kəsə, xüsusən də həyat yoldaşıma təşəkkür edirəm. O olmasaydı, bu, mümkün olmazdı", - deyə Yohauq bildirib.
Qeyd edək ki, Tereza Yohauq hələ 2022-ci ildə karyerasını bitirib, lakin iki il sonra Tronheym-2025 dünya çempionatında yarışmaq üçün qayıdış qərar verib. Lakin Yohauq doğma ölkəsində təşkil olunan yarışda qızıl medal qazana bilməyib.