
DÇ-2014-də 1/8 final cütlərindən ilk 2-si müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, Braziliya və Meksika hərəyə 7 xalla A qrupunu lider kimi tamamlayıblar.
Lakin pentakampeonlar top fərqindəki üstünlük səbəbindən qrup lideri olub. Meksika isə 2-ci yeri tutub.
B qrupunda isə hər 3 matçını qələbə ilə başa vuran Hollandiya yığması növbəti mərhələyə 1-ci pillənin sahibi kimi yüksəlib. 6 xala malik Çili isə 2-ci yeri tutub.
1/8 finalda Braziliya Çilini sınağa çəkəcək. Matç iyunun 28-də Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Hollandiya ilə Meksikanı üz-üzə gətirəcək matç isə iyunun 29-da saat 21:00-da start götürəcək.