
Basketbol üzrə Amerika Kubokunun ikinci raundunda Dominikan Respublikası və Argentina yığmaları arasındakı oyunda ciddi toqquşma baş verib.
Sportnet.az-ın məlumatına görə, münaqişə Dominikan Respublikasının 84:83 hesablı qələbəsi ilə bitən qarşılaşmanın ardından yaşanıb.
Oyunçuların bir-birilərini itələmələri ilə başlanan dava tezliklə yumruqlaşmaya keçib. Yarım dəqiqədən sonra sakitlik yaratmaq mümkün olub. Lakin dava nəticəsində argentinalı basketbolçu Qonsalo Bressan meydanı sifəti qanamış halda tərk edib. Dominikanlı oyunçu Devid Consu isə zaldan digər oyunçuların köməyi ilə çıxarmaq mümkün olub.