1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cəbrayıl Həsənov və Hacı Əliyevlə imza atılan ilk
Azərbaycanın sərbəst güləşdə daha iki yeni çəkidə Olimpiya mükafatçıları meydana çıxıb. Sportnet.az-ın məlumatına görə, bunlar 57 və 74 kq çəkilərdə bürünc medallar qazanan Hacı Əliyevlə Cəbrayıl Həsənovdur.
Hər iki pəhləvan "Rio-2016" Yay Olimpiya Yay Oyunlarının mükafatçıları kimi adlarını idman tariximizə yazdırıblar.
Ölkəmiz 1996-cı ildən çıxış etdiyi olimpiadalarda bu növdə Namiq Abdullayevlə 52 kq çəki dərəcəsində gümüş ("Atlanta-1996), 55 kq çəkidə qızıl ("Sidney-2000") medalçı olub. "Afina-2004"də sərbəst növdə mükafatsız qalmışıq. Azərbaycan "Pekin-2008"də Mariya Stadniklə 48 kq, Xetaq Qazyumovla 96 kq-da bürünc medal qazanıb. "London-2012"də Stadnik həmin çəkidə bu dəfə gümüş mükafatçı olub. Qazyumov isə öz çəkisində ardıcıl 2-ci "bürünc"ünü qazanıb. Yuliya Ratkeviç 55 kq-da həmin əyarlı medalı boynundan asıb. Nəhayət, Toğrul Əsgərov 60 kq, Şərif Şərifov 84 kq-da Olimpiya çempinu olublar.
"Rio-2016"da sərbəst güləşçilərimizdən Stadnik yenə 48 kq-da gümüş medalçı olub. İlk dədə Olimpiya mükafatçısı olan Natalya Sinişin 53 kq-da "bürünc"ə yiyələnib. Kişi sərbəst güləşçilərmizdən hələ ki medalçılar məhz Əliyevlə Həsənovdur. Şərif Şərifov (64 kq) Cəmaləddin Məhəmmədovla (125 kq) birgə bu gün, Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) sabah mübarizə aparacaq. Göründüyü ki, "London-2012"dəki hər 3 medalçımız bu dəfə fərqli çəkilərdə yarışacaqlar.
Qeyd edək ki, Olimpiya medalçıları olan yunan-Roma güləşçilərimizdən Emin Əhmədov da Cəbrayıl Həsənov kimi, 74 kq-da 3-cü olub. Bu, "London-2012"də qazanılıb.
Mehman SÜLEYMANOV