Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Xetaq Qazyumov final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 97 kq çəki dərəcəsində çıxış edən təcrübəli pəhləvanın rəqibi ABŞ təmsilçisi Kayl Frederik Snayder olub.
Görüş Snayderin qələbəsi ilə yekunlaşıb. Bununla da Qazyumov karyerasında üçüncü olimpiadanı 2 bürünc medaldan sonra "gümüş"lə başa vurub. Azərbaycanın 3 növ üzrə güləş yığmaları isə olimpiadada ən çox medalla başa vursalar da, qızıl medal qazanmağa müvəffəq ola bilməyiblər.
Qeyd edək ki, hazırda Azərbaycan 1 qızıl, 7 gümüş, 10 bürünc medalla 38-ci pillədə qərarlaşıb.
--------------------------------
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Xetaq Qazyumov 1/2 final görüşünə çıxıb. Sportnet.az-ın məlumatına görə, 97 kq. çəki dərəcəsində çıxış edən dünya və üçqat Avropa çempionunun rəqibi ukraynalı Valeri Andreyetsev olub.
Xetaq ilk hissədə 4, ikinci hissədə isə 7 xal qazanaraq rəqibini 11:0 məğlub edib və ilk dəfə olaraq Yay Olimpiya Oyunlarının finalına vəsiqə qazanıb.