1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Lorenso Sotomayor: "Mənə haqsızlıq edildi"
"Hakimlər mənə haqsızlıq etdilər. Mən çempion idim. Hər 3 raundda rəqibi döysəm də, bacardığım qədər döyüşsəm də, qərar mənim əleyhimə oldu".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan boksçusu Lorenso Sotomayor 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 64 kq çəki dərəcəsində gümüş medal qazandığı final qarşılaşmasından sonra deyib.
O bildirib ki, həlledici görüşdə özbəkistanlı Fazliddin Qaibnazarovla görüşdə haqsızlıqla üzləşib: "Sonuncu raundda əmin idim ki, qalib gəlmişəm. Amma hakim mənə qarşı haqsızlıq etdi. Qızıl medal qazanmaq istəyirdim. Amma həqiqətən də hakim mənə qarşı ədalətsizlik etdi".
Azərbaycanı çox sevdiyini deyən kubalı legioner fikirlərini "Bu ölkə mənim evimdir" sözləri ilə yekunlaşdırıb.