Sabah Braziliyanın Rio-de-Janeyro şəhərində XV Yay Paralimiya Ounlarının startı veriləcək. Sportnet.az-ın məlumatına görə, ölkəmizin 18 medalla rekord etdiyi "Rio-2016”dan sonra keçiriləcək bu yarış sentyabrın 18-dək davam edəcək. Açılış mərasimi bu gecə Rionun möhtəşəm "Marakana" stadionunda təşkil ediləcək. Mötəbər yarışda üçrəngli bayrağımızı ikiqat Paralimpiya çempionu, "Bakı-2015” ilk Avropa Oyunlarının qalibi və yığmanın kapitanı İlham Zəkiyev aparacaq. O, "Pekin-2008” və”London-2012”də də bayraqdarımız olub.
Paralimpiya yığmamız Rio-de-Janeyroya 24 idmançı ilə yollanıb. İdmanın 6 - cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma növü üzrə mübarizəyə qoşulacaq paralimpiyaçılarımızın 4-ü qadın atletdir. Heyət daha çox gənclərdən ibarətdir.
Paralimpiya Kəndində Azərbaycanın bayrağı sentyabrın 5-də qaldırılıb.
Azərbaycan Yay Olimpiya Oyunlarında olduğu kimi, Yay Paralimiya Oyunlarında da ilk dəfə 1996-cı ildə təmsil olunub. Ancaq həmin vaxt Atlantada iştirak edən idmançılarımızım heç biri mükafatçı ola bilməyib. Bunlardan bir pauerliftinqçi Gündüz İsmayılov olub. Ancaq bu idmançımız "Sidney-2000”də qızıl medal qazanmaqla paralimpiyaçılarımız arasında ilk çempionumuz kimi tarixə düşüb. Həmin turnirdə 7 idmançı ilə təmsil olunaraq ilk medallarımızı qazanırıq. Bunlar 1 qızılla yanaşı, 1 gümüş medal olub. Ölkəmiz bu nəticə ilə ümumi sıralamada 70-ci olub.
Azərbaycan "Afina-2004”də 11 idmançı 4 (2 qızıl, 1 gümüş, 1 bürünc, 45-ci yer), "Pekin-2008”də 19 idmançı ilə 10 (2 qızıl, 3 gümüş, 5 bürünc, 37-ci yer), "London-2012”də 21 idmançı ilə 12 medal (4 qızıl, 5 gümüş, 3 bürünc, 27-ci yer) qazanıb. Bununla da 5 paralimpiadada 28 medal qazanmışıq. Onun 9-cu qızıl, 10-u gümüş, 9-u bürünc olub.
İdmançılarımız ən çox qızıl cüdoda (4), ən çox medalı isə yüngül atletikada (12) qazanıb. Ən çox mükafatçı olan idmançımız üzgüçü Natalia Proninandır. Onun hesabında 5 – 1 qızıl, 4 gümüş medal var. Atlet Oleq Panyutin 4 medalla (2 qızıl, 2 bürünc) 2-dir. İlham Zəkiyevlə (2 qızıl, 1 bürünc) atlet Vladimir Zaytsev (1 gümüş, 2 bürünc) 3 medalla sonrakı mövqelərdə qərarlaşıblar.
İki medalı olan isə 4 idmançımızdır. Bunlar cüdoçu Ramin İbrahimov (1 qızıl, 1 bürünc), atletlər Zeynidib Bilalovla (2 gümüş) Rza Osmanov (2 bürünc) və atıcı Yelena Taranovadır (1 gümüş, 1 bürünc). Yeri gəlmişkən, Taranova ən çox iştirak edən idmançımızdır. O, Sidneydən başlayaraq ardıcı 5-ci yarışın həyəcanını yaşayacaq. Zəkiyev ardıcıl 4-cü olimpiadada yarışacaq.