Azərbaycan karateçisi Rafael Ağayev Fransanın paytaxtı Parisdə keçirilən Premyer Liqanın finalına yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 75 kq çəki dərəcəsində yer alan təcrübəli idmançı ikinci görüşü zamanı çənəsindən zədələnsə də, həm bu, həm də sonrakı iki görüşdə qalib gəlib. Yarımfinalda sifətindən daha bir zədə alan karateçi bazar günü finalda turnirin favoritlərindən sayılan Ken Nişimura (Yaponiya) ilə qarşılaşacaq.
Azərbaycanın digər təmsilçilərindən Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq) və Nuranə Əliyeva (50 kq) təsəlliverici görüşlərə qatılsalar da, medal qazanmaq şansının əldən veriblər. Bu gün daha 10 karateçi mübarizəyə qatılacaq. Final görüşləri yanvarın 27-də keçiriləcək.