Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyinin komanda yarışlarında Azərbaycan millisi tarixində ilk dəfə finala çıxıb.
Sportnet.az-ın məlumatına görə, yığma Çin Taypeyi, Avstraliya və Rusiya komandalarına qalib gəlib. Həlledici görüşdə rəqib Yaponiya olub. Görüş gündoğar ölkənin qələbəsi ilə yekunlaşıb. Beləliklə, Azərbaycan yığması yarışı gümüş medalla başa vurub.
Qeyd edək ki, fərdi yarışda Kamran Süleymanov (60 kq) gümüş, Vüqar Talıbov (73 kq) bürünc medala sahib çıxıb.