Yanvarın 11-də Qətərin paytaxtı Doha şəhərində cüdo üzrə beynəlxalq "Masters" turniri start götürəcək.
Sportnet.az xəbər verir ki, 3 gün davam edəcək nüfuzlu yarışda Azərbaycan cüdoçuları da mübarizə aparacaqlar. Ölkəni kişilərin yarışında 4, qadınlar arasında isə 3 cüdoçu təmsil edəcək.
"Doha Masters"də millinin şərəfini Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq) və İrina Kindzerska (+78 kq) qoruyacaq.
Yığmanın cüdoçuları Rüstəm Orucov, Məmmədəli Mehdiyev və Uşangi Kokauri zədə səbəbindən beynəlxalq turnirdə iştirak edə bilməyəcəklər.