Qəbələnin Zərgərli kəndində intihar hadisəsi qeydə alınıb.
Sportnet.az-ın məlumatına görə, kənd sakini, 2003-cü il təvəllüdlü Seymur İlqar oğlu Əsgərov özünü yaşadığı evin həyətindəki tövlədə asıb. Onun meyitini ailə üzvləri aşkarlayıb.
18 yaşlı S.Əsgərov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi olub.
Əsgərovun intihar xəbərini dərin kədər və təəssüf hissi ilə qarşıladıqlarını deyən Akademiyanın Mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev bildirib ki, birinci kursda, məşqçilik ixtisası üzrə təhsil alan Seymur onlayn dərslərdə fəallığı ilə seçilən, nümunəvi və çalışqan tələbə olub: “Birinci semestrdə verdiyi bütün imtahanların hamısından müvəffəqiyyətlə keçib. Belə nümunəvi bir tələbəsini itirən akademiyamız Seymurun ölümündən kədərlənir və onun ailəsinə bir daha dərin hüznlə başsağılı verir".
Faktla bağlı araşdırma aparılır.