
İdman Araşdırmala Mərkəzi 2 yaşının tamamlandığı günlərdə yeni layihəsi ilə oxucuların görüşünə gəlib. Bu, Sportnet.az adlı idman portalıdır.
Saytda müntəzəm xəbərlər, müsahibələrlə yanaşı, eksklüziv layihələlər də təqdim olunur. Bir neçə gün test rejimi ilə fəaliyyətinin ardından Sportnet.az tam qüvvə ilə işə başlayıb. İlk rəsmi iş günümüz isə əməkdaşımız Ceyhun Əliyevin KİV təmsilçiləri arasında Heydər Əliyevin doğum gününə həsr olunmuş ənənəvi şahmat turnirində qalibiyyəti ilə əlamətdar olub.







