Azərbaycan cüdoçusu Elmar Qasımov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində rəqib İsveçrə təmsilçisi Daniel Ayx olub. Rəqibinə ipponla uduzan Qasımov 5-ci yerlə kifayətlənib.
Bununla da Azərbaycan millisi Avropa çempionatını 3 medalla başa vurub. Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) bürünc medala yiyələnib.
------------------------
Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində yer alan 29 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə macarıstanlı Kristian Totu məğlub edib. O, rəqibini qızıl xal bölümündə cərimə xalları hesabına yenməyi bacarıb.
Bu, Azərbaycan yığmasının Avropa çempionatında 3-cü mesalı olub. Daha əvvəl Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb.