
Fransa yığmasının hücumçusu Kərim Benzema DÇ-2014-də komandada kimin fərqlənməsinin heç bir əhəmiyyət kəsb etmədiyini bildirib. Sportnet.az-ın məlumatına görə, o, millisinin hər görüşdə qalib gəlməsinin daha önəmli olduğunu söyləyib.
Kollektiv şəklində xoş təsir bağışladıqlarını bildirən forvard, İsveçrə üzərində qələbəyə layiq olduqlarını dilə gətirib: "Mən öz işimlə məşğul olacam. Komanda yoldaşlarımın köməkliyi ilə qollarımı sıralayacam".
Qeyd edək ki, Fransanın 5:2 hesabı ilə qalib gəldiyi bu oyunun ən yaxşı futbolçusu Benzema seçilib.