
Almaniya milli komandasının futbolçusu Miroslav Kloze Braziliya yığmasının sabiq hücumçusu Ronaldoya məxsus məhsuldarlıq rekorduna şərik olub. Sportnet.az-ın məlumatına görə, 36 yaşlı forvard Qana ilə DÇ-2014 qarşılaşmasında meydana girdikdən cəmi 2 dəqiqə sonra fərqlənib.
O, komandasını məğlubiyyətdən xilas etməklə bərabər, mundiallar tarixində vurduğu qolların sayını 15-ə çatdırıb. Kloze ilk 5 qoluna DÇ-2002-də, növbəti 5-inə DÇ-2006-da, son 4-ünə isə DÇ-2010-da imza atıb. DÇ-2014-də daha bir qol vuracağı təqdirdə, təcrübəli hücumçu dünya çempionatları tarixində ən yaxşı bombardirə çevriləcək.
Qeyd edək ki, Almaniya - Qana matçında qalib müəyyənləşməyib - 2:2. Bundestim növbəti matçını iyunun 26-da ABŞ-a qarşı keçirəcək.