
Braziliya millisi dünya çempionatlarının final mərhələlərində 100-cü matçını keçirib. Sportnet.az-ın məlumatına görə, həmin qarşılaşma DÇ-2014-də A qrupunun 3-cü turunun Kamerunla matçına təsadüf edib.
Görüş "pentakampeonlar"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticə ilə baş məşqçi Luis Felipe Skolarinin komandası 1/8 finala vəsiqə qazanıb.
Qeyd edək ki, 100 oyun həddini ilk dəfə Almaniya millisi keçib. Braziliya bu həddə çatan ikinci yığmadır.