Norveçli Tomas Siversen Uruqvay yığmasının hücumçusu Luis Suaresin DÇ-2014-də İtaliya yığması ilə görüşdə kimisə dişləyəcəyinə pul qoyuluşu edərək, 5600 dollar qazanıb. Sportnet.az-ın "Aftenposten"ə istinadən məlumatına görə, o, 175 əmsal verilən bu qeyri-adi mərcə 32 dollar yatırıb.
Suares "Skuadra Adzurra"nın müdafiəçisi Corco Kyellinini dişləyib. Məsələ ilə bağlı FİFA Suaresə intizam işi açıb.
Əsas gəlir mənbəyi poker olan Siversen həyatında ilk dəfə bu cür qeyri-adi qoyuluşla pul udduğunu bildirib. Norveçli Suaresin şərəfini qoruduğu "Liverpul"a yox, İngiltərənin digər klubu "Blekpul"a azarkeşlik etdiyini bildirib.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |