
Bosniya və Herseqovina yığmasının hücumçusu Edin Ceko DÇ-2014-ün qrup mərhələsinin son oyununda İran üzərində qələbədən sonra Nigeriyaya qarşı görüşü xatırlayıb. Sportnet.az-ın məlumatına görə, futbolçu hakim ədalətsiziliyini xüsusi vurğulayıb.
Afrikalılarla qarşılaşmada referi Cekonun təmiz qolunu qeydə almayıb və Nigeriya 1:0 hesabı ilə qələbəni rəsmiləşdirib. Məhz həmin xal bosniyalılara 1/8 finala yüksəlmək üçün çatmayıb: "Qələbə qazanmağımıza baxmayaraq, biz evə yollanırıq. Nigeriya ilə oyunda ləğv edilən qolu ömürlük yadımda saxlayacağam".