
İngiltərə milli komandasının yeni kapitanı müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu, Ueyn Runidir.
"Mançester Yunayted"in hücumçusuna yığma karyeralarını başa vurmağa hazırlaşan Stiven Cerrard və Frenk Lempardın yoxluğunda bu vəzifə həvalə olunub.
Qeyd edək ki, İngiltərə millisi DÇ-2014-də qrup mərhələsini 1 xalla sonuncu pillədə başa vuraraq, 1/8 finala yüksələ bilməyib.