Yunanıstan millisinin baş məşqçisi Fernandu Santuş 2014-cü il dünya çempionatı-2014-ə aparılacaq yekun heyəti açıqlayıb. Sportnet.az-ın məlumatına görə, mütəxəssis 7 ölkənin çempionatında çıxış edən futbolçulara dəvət göndərib.
23 nəfərlik heyətə düşənlər bunlardır:
Qapıçılar: Orestis Karnezis ("Qranada”, İspaniya), Panayotis Qlikos (PAOK), Stefano Kapiano ("Panatinaikos”)
Müdafiəçilər: Xose Xolebas, Yannis Manyatis,, Kostas Manolas (həmısı "Olimpiakos”, Sokratis Papastopulos ("Borussiya” D, Almaniya), Giorqos Tsavelas (PAOK), Lukas Vintra ("Levante”, İspaniya), Vasilis Torosidis ("Roma”, İtaliya), Vaneqlis Moras ("Verona” İtaliya)
Yarımmüdafiəçilər: Aleksandros Tsiolis ("Kayserispor”, Türkiyə), Andreas Samaris ("Olimpiakos”), Konstantinos Katsuranis (PAOK), Georgios Karaqunis ("Fulhem”, İngiltərə), Panayotis Taxtsidis ("Torino”, İtaliya), İoannis Fetfatsidis ("Cenoa”, İtaliya), Lazaros Xristodolopulus, Panayotis Kone (hər ikisi "Bolonya”, İtaliya)
Hücumçular: Dimitros Salpinqidis (PAOK), Georgios Samaras ("Seltik”, Şotlandiya), Kostas Mitrogğlu ("Fulhem”, İngiltərə), Teofanis Gekas ("Konyaspor”, Türkiyə).
Qeyd edək ki, qrup mərhələsində Yunanıstan Kolumbiya, Kot dİvuar və Yaponiya yığma komandaları ilə qarşılaşacaq.