Luis Suarez: "Əzab çəkirəm”
İspaniyanın "Barselona" klubunun uruqvaylı futbolçusu Luis Suares FİFA tərəfindən ona verilən diskvalifikasiya barədə danışıb. Sportnet.az-ın "Marca”ya istinadən məlumatına görə, Suares rəsmi oyunları izləyəndə əzab çəkdiyini bildirib.
O deyib: "Cəza müddətimin az hissəsi keçib. Təəssüf ki, əlimdən heç nə gəlmir".
Ulduz oyunçu, həmçinin əvvəlki səhvlərindən nəticə çıxardığını da sözlərinə əlavə edib.
O deyib: "Cəza müddətimin az hissəsi keçib. Təəssüf ki, əlimdən heç nə gəlmir".
Ulduz oyunçu, həmçinin əvvəlki səhvlərindən nəticə çıxardığını da sözlərinə əlavə edib.
Qeyd edək ki, Suares DÇ-2014-də Uruqvay millisinin İtaliya ilə qarşılaşmasında rəqib futbolçu Corco Kyellinini dişlədiyinə görə 4 ay yaşıl meydanlardan kənarlaşdırılıb. Onun cəzası oktyabrın 25-də başa çatacaq.