1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Qarabağ”ın qapıçısı dünya çempionatından rəsmən kənarda
Bosniya və Herseqovina milli komandasının 2014-cü il dünya çempionatına hazırlaşacaq heyəti açıqlanıb. Sportnet.az-ın məlumatına görə, heyətə 24 oyunçu daxil edilib.
Onların arasında "Qarabağ”ın heyətində Azərbaycan çempionu olmuş qapıçı İbrahim Şehiç yoxdur. Əvəzində baş məşqçi Saffet Suşiç Yasmin Feyziç ("Aalen”, Almaniya), Asmir Beqoviç ("Stok Siti”, İngiltərə) və Asmir Avdukiçə ("Borats”, Bosniya və Herseqovina) dəvət göndərib. 23 nəfərdən ibarət yekun heyət iyunun 2-dək açıqlanacaq. Suşiç bildirib ki, heyətdə Almaniya "Frayburq”undan gələn yarımmüdafiəçi Mənsur Muycanın zədəli olması səbəbindən, əlavə bir oyunçu da çağırmalı olub. Muyca sağalmasa, heyətdən çıxarılacaq və yekun heyət 23-ə enəcək. Bu isə o deməkdir ki, Şehiçə qarşıdakı günlərdə də dəvət göndərilməyəcək.
Qeyd edək ki, dünya çempionatında Bosniya və Herseqovinanın rəqibləri Argentina, Nigeriya və İran olacaq.